Aşağı enerji sərfiyyatlı APRO 750 sistemləri - qida sənayesi, peşəkar mətbəxlər, xidmət və ictimai qurumlardakı kiçik və orta biznes üçün uyğundur.
Sistemdəki paslanmayan polad korpus yüksək rütubətli ərazilərə və ya nəmişlik yerlərdə sistemin uzun müddət işləməsini təmin edir. Apro 750 ağıllı istifadə paneli ilə təchiz olunmuşdur. Bu formada istifadəçi mobil aplikasiya vasitəsilə sistem haqqında məlumatları əldə edə bilir. Əlavə olaraq sistem grundfos nasosu və eyni markanın dozaj pompası ilə də təchiz olunmuşdur ki, bu da sistemin daha uzun müddət xidmət göstərməsinə dəlalət edir.
Texniki göstəricilər:
Giriş təzyiqi – 7-10 bar
Su təchizatı – 750 lt /saat
Membran sayı – 3
Membran növü – 40 x 40
Maximum giriş suyu göstəricisi(tds) – 2000 ppm
Ölçülər (En x D x H mm) – 765 x 390 x 1270
Elektrik tələbi - 230V, 50Hz
Xalis çəki: 72 kq
Bağlantı (giriş, çıxış, drenaj): 3⁄4”/1 ⁄2 ”/1 ⁄2 ” NPTF
İstehsalçı ölkə: Estoniya