İstehsalat müəssisələrində, xüsusilə kənd təsərrüfatı və ərzaq sənayesində istifadə olunan suyun keyfiyyəti məhsulun sağlam və yüksək standartlara cavab verməsində həlledici rol oynayır. Bu məqsədlə “Agrofresh” istehsalat birliyində meyvə və tərəvəzlərin əkilməsi, becərilməsi və qulluq işləri üçün tələb olunan suyun hazırlanması üzrə kompleks su filtrasiyası sistemi quraşdırılıb.
Quraşdırılan avadanlıqlar:
Avtomatik mexaniki təmizləmə: FRP TANK Q-30.72 Duplex Filter Valve (Belçika) vasitəsilə iri hissəciklər, qum, gil və digər mexaniki çirkləndiricilər sudan çıxarılır.
Mexaniki narın təmizləmə: ABF 732 torba filteri ilə daha xırda çirkləndiricilər sudan təmizlənir.
Əks osmos sistemi: RO SS6 80x40, Oltremare Membrane Technology (İtaliya) vasitəsilə su 99%-ə qədər duzlardan, ağır metallardan və mikroorqanizmlərdən təmizlənir.
Antibakterial sterilizasiya: Ultraviolet ES–125 (Türkiyə) sistemi suyu UV şüaları ilə dezinfeksiya edir və bakteriya, virusların çoxalmasının qarşısını alır.
Sistemin ümumi məhsuldarlığı 30 m³/saat təşkil edir ki, bu da istehsalatın bütün texnoloji və kənd təsərrüfatı ehtiyaclarını tam təmin edir. Nəticədə, həm məhsulun keyfiyyəti yüksəlir, həm də istehsal avadanlıqlarının ömrü uzadılır.