İstehsal müəssisələrində istifadə olunan suyun keyfiyyəti məhsulun standartlara uyğunluğunu, avadanlıqların uzunömürlü işləməsini və ümumi istehsal prosesinin səmərəliliyini birbaşa müəyyən edir.
Bu məqsədlə "Novus Plastica" zavodunda suyun molekulyar səviyyədə təmizlənməsini təmin edən kompleks filtrasiyası sistemləri quraşdırılıb.
Avtomatik mexaniki təmizləmə: CLACK WS1 BTZ-05, PWG Q-13.54 (Belçika) balon tipli su filtri sudakı qum, pas, gil və digər bərk hissəciklərin aradan qaldırılması.
Avtomatik kömürlü təmizləmə: CLACK WS1 BTZ-05, PWG Q-13.54 (Belçika) aktiv karbon əsasında balon tipli su filtri vasitəsilə xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun çıxarılması.
Əks osmos sistemi: AQUAPHOR APRO 500 (Estoniya) suyun 99%-ə qədər duzlardan, ağır metallardan və mikroorqanizmlərdən təmizlənməsi.
Quraşdırılan sistemin məhsuldarlığı 10 m³/gün təşkil edir ki, bu da istehsal avadanlıqlarının ehtiyaclarını tam qarşılayır. Nəticədə, müəssisələrdə həm yüksək keyfiyyətli istehsal prosesi təmin olunur, həm də avadanlıqların istismar müddəti uzanır.