Villalarda suyun keyfiyyətinin qorunması həm qazanxana və istilik sistemlərinin, həm də sanitariya avadanlıqlarının və məişət texnikasının uzunömürlü işləməsi üçün vacibdir. Sərt su borularda çöküntülərə, avadanlıqların sıradan çıxmasına və əlavə xərclərə səbəb ola bilər. Bu məqsədlə villada kompleks su filtrasiyası və yumşaldıcı sistemlər quraşdırılıb.
Quraşdırılmış avadanlıqlar:
Avtomatik mexaniki təmizləmə: CLACK WS1.5 CK, Filter Valve Stainless Steel SS-2160 (ABŞ) — sudakı qum, pas, gil və digər bərk hissəciklərin çıxarılması.
Avtomatik kömürlü təmizləmə: CLACK WS1.5 CK, Filter Valve SS-2160 (ABŞ) — xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun aradan qaldırılması.
Su yumşaldılması: CLACK WS1.5 CK, Volumetrik Valve SS-2160 (ABŞ) — ionəvəzedici qətran vasitəsilə sərtliyin aradan qaldırılması, daş çöküntülərinin qarşısının alınması.
Sterilizasiya: EUROTECH UV-ES120 (Türkiyə) — UV lampası ilə antibakterial təmizləmə.
Mexaniki filtrasiya: CINTROPUR NW 500 M-DN 50, PN-16 (Belçika).
Bu sistem sayəsində villada suyun keyfiyyəti yüksəlir, qazanxana və istilik sistemləri, həmçinin məişət avadanlıqları sərtliyə qarşı qorunur.