HoReCa sahəsində xidmət

   HoReCa sektoru (otel, restoran və kafe) hər gün minlərlə insanın qida və içki tələbatını qarşılayır. Bu sahədə keyfiyyət yalnız məhsullardan və xidmət səviyyəsindən deyil, həm də istifadə olunan suyun təmizliyi və təhlükəsizliyindən birbaşa asılıdır. Müştərilərə təqdim olunan hər bir qida, isti və ya soyuq içəcəklər, hətta soyuq içkilərdə olan buz kubları belə su ilə hazırlanır və əgər su keyfiyyətsizdirsə, bu həm dada, həm də ümumi sektorun reputasiyasına mənfi təsir göstərir.

   AZFILTER olaraq biz HoReCa sektorunun tələblərinə tam cavab verən peşəkar su təmizləmə həlləri təqdim edirik. Avropa istehsalı su təmizləmə sistemlərimiz sayəsində müəssisələrdə:

  • İçkilərin ləzzətini yaxşılaşdırır – təmiz və balanslı su qəhvə, çay və kokteyllərin dadını daha zəngin edir;
  • Avadanlıqlarını qoruyur – qəhvə maşınları, buz aparatları, soba və digər peşəkar mətbəx avadanlıqları ərp və çirklərdən təmizlənir;
  • Sanitar-gigiyenik standartlara uyğun fəaliyyət göstərir – həm beynəlxalq, həm də yerli normativ tələblərə cavab verən keyfiyyət təmin olunur;
  • Müştəri məmnuniyyətini artırır – dadlı içkilər, təmiz buz və təhlükəsiz qidalar sayəsində müəssisə yüksək reputasiya qazanır;
  • Xərclərə qənaət edir – avadanlıqların nasazlıqları və tez-tez dəyişdirilməsi ehtiyacı minimuma enir.

   Biz yalnız avadanlıq satmırıq. AZFILTER müştərilərinə layihələndirmədən başlayaraq çatdırılma, quraşdırma, sazlama, zəmanət müddətində və sonrası texniki servis də daxil olmaqla tam xidmət paketi təqdim edir. Mütəxəssislərimiz hər bir obyektin xüsusiyyətlərini nəzərə alaraq fərdi həll təklif edir və sistemlərin uzunmüddətli, etibarlı işləməsini təmin edir.

   Bizim məqsədimiz otel, restoran və kafelərə davamlı, ekoloji və iqtisadi baxımdan sərfəli su təmizləmə həlləri təqdim etməkdir. Çünki hər bir müştəriyə təqdim edilən təamların və içkilərin arxasında təmiz və keyfiyyətli su dayanır.