Otellərdə suyun keyfiyyətinə xüsusi diqqət yetirilir, çünki bu, həm qonaqların sağlamlığına, həm də xidmət keyfiyyətinə birbaşa təsir göstərir. Su yalnız içmək üçün deyil, eyni zamanda mətbəx, camaşırxana, hovuz, SPA, isitmə-soyutma sistemləri və ümumi məişət ehtiyacları üçün istifadə olunur. Keyfiyyətsiz su borularda, avadanlıqlarda çöküntülərə, bakterial çirklənməyə və avadanlıqların vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.
"Green Park Resorts" otelində istifadə olunan suyun keyfiyyətinin qorunması və gigiyena standartlarına cavab verməsi üçün kompleks filtrasiya və dezinfeksiya sistemləri quraşdırılıb. Layihə mərhələli şəkildə suyun tam təmizlənməsini təmin edir:
Xlorla dezinfeksiya: SEKO KCL 633 (İtaliya) dozaj pompası vasitəsilə suyun ilkin dezinfeksiyası aparılır, bakteriya və mikroorqanizmlər neytrallaşdırılır.
Mexaniki filtrasiya: CINTROPUR NW500 (Belçika) və CLACK WS1 BTZ05, Q-18.65 (Belçika) balon tipli filtr ilə sudakı qum, gil, pas və digər bərk hissəciklər təmizlənir.
Kömürlü təmizləmə: CLACK WS1 BTZ05, Q-18.65 (Belçika) aktiv karbon əsaslı ablon filtri sudan xlor qalıqlarını, üzvi qarışıqları, xoşagəlməz dad və qoxunu aradan qaldırır.
Su yumşaldılması: CLACK WS1 DME05, Q-18.65 (Belçika) balon tipli filtr ionəvəzedici qətran vasitəsilə sərtlik duzları çıxarılır, borularda və avadanlıqlarda daş çöküntülərinin qarşısı alınır.
Sterilizasiya: EUROTECH UV-ES 120 (Belçika) UV lampası suyu antibakterial şəkildə sterilizə edir və mikroorqanizmlərin çoxalmasına mane olur.
Quraşdırılan sistemin məhsuldarlığı 6 m³/saat təşkil edir ki, bu da otelin gündəlik ehtiyaclarını tam şəkildə qarşılayır. Nəticədə, qonaqlar üçün daim təhlükəsiz, keyfiyyətli və gigiyenik su təmin edilir.